Azərbaycan İsrail xalqları arasında münasibətlər yüksək səviyyədədir

 

İyunun 28-də İsrail dövlətinin Prezidenti Şimon Peresin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Şimon Peresi böyük səmimiyyətlə qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi.

İsrailin Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları İlham Əliyev Şimon Peres fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İsrail Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Şimon Peresə, İsrail nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S.1.