Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma

 

İyunun 28-də İsrail dövlətinin Prezidenti Şimon Peres Azərbaycana rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail dövlətinin Prezidenti Şimon Peresi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar İsrail Prezidentinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Şimon Peres və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 3.