Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

İyunun 29-da İsrail Prezidenti Şimon Peres Fəxri xiyabana gəlmişdir.

Ali qonaq xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı.

İsrail dövlətinin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə əklil qoydu.

Prezident Şimon Peresə Fəxri xiyabanın tarixi barədə məlumat verildi.

 

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 3.