Hava limanında qarşılanma

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iyunun 29-da Azərbaycana işgüzar səfərə gəlmişdir.

Rusiyanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Prezidentini Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 4.