Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşdur.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzmüşdür.

 

* * *

 Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri sonra Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-28 fevral.-S.3.