Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Pakistana dəvət edilmişdir

 

Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, ADA-nın bu ölkədə təbliği, habelə Azərbaycanın regionda oynadığı aparıcı rolu barədə mühazirələr oxumaq məqsədi daşıyan səfər çərçivəsində Pakistan Xarici Xidmət Akademiyasının baş direktoru xanım Nəsrin Fouziyyə akademiyanın professor-müəllim heyəti ilə görüş olmuşdur.

Görüşdə T.Ziyadov Azərbaycan Diplomatik Akademiyası, onun təhsil tədqiqat imkanları barədə ətraflı təqdimatla çıxış etmiş, ADA-nın Pakistandan Əfqanıstandan iki tələbəni magistraturada davamlı əsasda ödənişsiz təhsil almağa dəvət etdiyini bildirmişdir.

Xanım Nəsrin Fouziyyə bu addımı yüksək qiymətləndirmiş, Pakistan Xarici Xidmət Akademiyası ilə tanışlıq akademiyalar arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayevi Pakistana səfərə dəvət etmişdir.

T.Ziyadov Pakistan Regional Tədqiqatlar İnstitutunda, Pakistanın ən nüfuzlu təhsil ocaqlarından olan Qaidi Əzəm Universitetində, Preston Universitetində, Pakistan Strateji Araşdırmalar İnstitutunda görüşlər keçirmiş, ADA-nın təhsil tədqiqat imkanları barədə ətraflı məlumat vermiş, Azərbaycanın regionda Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolundan, irimiqyaslı enerji layihələrindən bəhs edən "Xəzər regionunun strateji rolu: Azərbaycandan baxış" mövzusunda mühazirə oxumuşdur.

Görüşlər Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təşkil edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 mart.-S.2.