Gəncə yenidən iri sənaye şəhərinə çevrilir

 

Toplantı şəhərin inkişafını əks etdirən sənədli filmin nümayiş ilə başladı. Deməli, məruzəni hamı oxuyub. Görülən işlərlə isə iştirakçılar monitorda əyani tanış oldular. Ona görə birbaşa əməli, işgüzar müzakirə başlandı. İclas zalında mikrofonlar qoyulmuş, hər kəsin öz fikrini sərbəst söyləyə bilməsi üçün şərait yaradılmışdı. Kim istəsə hər hansı məsələyə öz münasibətini bildirə, suallar verə, təkliflər irəli sürə bilərdi.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov ümumən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi sahəsində görülən işlərdən keçən ilin uğurlarından ətraflı danışdı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi-siyasi strategiyanı yeni dövrün tələblərinə uyğun uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin qayğısı diqqəti sayəsində qədim Gəncə sürətlə inkişaf edir. Fərəhli haldır ki, həyatımızın hər sahəsində, öncə isə özəl bölmə qeyri-neft sektoru həmişə dövlətin əsas diqqət mərkəzindədir. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Son beş ildə cənab İlham Əliyev dəfələrlə Gəncədə olmuş hər dəfə şəhərin həyatında dəyərli işlərin təməlini qoymuşdur. Gündəlik qayğı köməyin nəticəsidir ki, keçən il şəhər üzrə ümumi daxili məhsul istehsalının həcmi 339 milyon manat təşkil etmiş, əvvəlki ildəkinə nisbətən artım 23,2 faiz olmuş, iqtisadiyyatın əsasını təşkil edən sənayedə davamlı inkişaf təmin edilmişdir.

Natiqlərdən İqtisadi İnkişaf Nazirliyi Gəncə şəhər şöbəsinin müdiri Natiq İmamquliyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov, Nizami Bələdiyyəsinin sədri Faiq Əhmədov, Təhsil İdarəsinin müdiri Mahal Əliyev, professor Qurban Əliyev, dosent Hüseyn Budaqov, xalq artisti Pərvanə Qurbanova başqaları hesabat dövründə şəhər həyatının hər sahəsində əldə olunan uğurlardan, xüsusən sahibkarlığın inkişafından, aztəminatlı ailələrə göstərilən qayğı köməkdən, əhalinin təbii qaz elektrik enerjisi ilə fasiləsiz təchizatından, sistemli surətdə görülən abadlıq quruculuq işlərindən danışdılar.

Toplantıda belə bir cəhət xüsusi vurğulandı ki, ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bunu qədim Gəncənin timsalında daha aydın görmək olar. Şəhərdə ən müxtəlif sənaye sahələri sürətlə inkişaf edir. Son beş ildə 30-dan artıq müəssisə fəaliyyətə başlayıb, yaxud yenidən qurularaq istifadəyə verilib. Bu gün avtomobil maşınqayırma zavodları, "Gəncə Tekstil", "Gəncə Pambıqəyirici" ASC-ləri, "NEON", "ELBA" firmaları, "Fatoğlu" birgə müəssisəsi, "Gəncə Şərab-2", "Gəncə Qənnadı", "Əlvan Metal Emalı" səhmdar cəmiyyətləri şəhərin iqtisadi həyatında aparıcı rol oynayır.

Özəl bölməyə qeyri-neft sektoruna dövlət dəstəyinin nəticəsində bu cür müəssisələrin sayı getdikcə artır. "İlin dörd fəsli" MMC- asfalt-beton, "Əlvan metal emalı"nda sement, "MFK" blok-kərpic, "SATA-Plas"da plastik boru, "Zimvood"da mənzil ofis mebelləri, "AST" mərmər hissələri, son vaxtlar işə başlamış "Gəncə-beton", "AVİA-Ekologiya", "Gəncə Ağac Emalı" müəssisələrində müxtəlif tikinti-quraşdırma materialları istehsal edilir.

Hesabatdan o da məlum oldu ki, keçən il Gəncə şəhəri üzrə iqtisadi sosial sahənin inkişafına bütün maliyyə mənbələri hesabına 84,8 milyon manatlıq kapital qoyuluşu yönəldilmişdir ki, bu da əvvəlki ildəkindən 3,1 dəfə çoxdur.

Natiqlər minnətdarlıqla xatırladılar ki, cənab İlham Əliyevin keçən ilin mart ayında bu yerlərə səfəri zamanı "Daşkəsən filiz - saflaşdırma" ASC-nin, Gəncə Polad Kompleksinin "DETAL" alüminium zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. Həmin müəssisələrin fəaliyyətə başlaması ilə Gəncə şəhərində 2 min nəfərdən çox adam işlə təmin ediləcək. Eyni zamanda, bu səfər çərçivəsində ölkə başçısı "Gəncəsənayecihaz" ASC- aparılan yenidənqurma işləri ilə maraqlanmış, qaz su sayğacları istehsal edən sexlərin günün tələblərinə uyğun qurulması üçün tövsiyə tapşırıqlar vermişdir. "Gəncəsənayecihaz" ASC- 4 milyon avro investiya yönəldilmişdir.

Natiqlər Avtomobil Zavodunun perspektivlərini xüsusi qeyd etdilər. Uzun illərdən sonra burada müxtəlif yük minik avtomobillərinin yığımına başlanmışdır. Əvvəllər "OKA" markalı avtomobillər yığılan bu müəssisədə sonralar "MAZ" markalı yük maşınları "Belorus" traktorları yığılmışdır.

İndi Gəncənin bir sıra məhsulları Türkiyəyə, Ukraynaya, Türkmənistana digər ölkələrə ixrac olunur. Bütün bunların nəticəsidir ki, son illər Gəncənin iqtisadi strukturu əsaslı surətdə yeniləşir. Qədim Nizami yurdu müasir sənaye obyektlərinin mərkəzinə çevrilir. Bir sözlə, ölkəmizdə sahibkarlıq fəaliyyətinin, özəl qeyri-neft sektorunun davamlı inkişafı dövlət siyasətinin tərkib hissələrindən biridir bu, iqtisadi yüksəlişə şərait yaradır. Ölkə başçısı İlham Əliyevin dediyi kimi: "Qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək diqqət öz bəhrəsini verir".

Tənqid özünütənqid şəraitində keçən toplantıda şəhərin ictimai-sosial həyatının bütün sahələri ətraflı təhlil edildi. Getdikcə geniş miqyas alan abadlıq quruculuq işlərindən, küçələrin, yolların, bağların, parkların yeni görkəm almasından, əhalinin aztəminatlı hissəsinə artan qayğı diqqətdən danışıldı. Şəhər təsərrüfatının digər sahələrinin, xüsusən təbii qaz, elektrik enerjisi su təchizatının vəziyyəti ətraflı təhlil olundu. Mövcud uğurlar qeyd edilməklə yanaşı, işdə olan nöqsanlar aşkara çıxarıldı, onların aradan qaldırılması üçün tövsiyə tapşırıqlar verildi. Xüsusən "Sukanal" Törəmə Səhmdar Cəmiyyəti rəhbərliyinin yarıtmaz işi kəskin tənqid olundu, müəssisəyə mövcud nöqsanların aradan qaldırılması üçün konkret müddət verildi.

 

 

Əhməd İsayev

 

Azərbaycan.2009.-1 mart.-S.7.