Tərtər rayonu ötən ili yüksək göstəricilərlə başa vurmuşdur

 

Cəbhə bölgəsi olan Tərtərdə 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağ keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə şəhərin baş meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev hesabat məruzəsi etmişdir. Məruzəçi bildirmişdir ki, Tərtər rayonu da ölkədə gedən dinamik sosial - iqtisadi inkişafdan geri qalmamış, ötən ildə bir çox uğurlara imza atmışdır. Əsas diqqət "2008-2009-cu illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin icrasına yönəldilmişdir. Nəticə fərəhlidir. Rayon üzrə 42 milyon 246 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən 18 faiz çoxdur. Tərtərlilər Bakı şəhərində keçirilən yarmarkalarda son iki ildə 2000 tondan çox kənd təsərrüfatı məhsulları satmışlar.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi sayəsində taxıl istehsalı rekord səviyyəyə - 48.828 tona çatdırılmışdır. Bu, əvvəlki ildəkindən 20 min ton çoxdur. Cari ilin məhsulu üçün 19.310 hektarda buğda əkilmişdir. Dövlət dəstəyi özünü konkret rəqəmlərdə daha aydın göstərir. 2008-ci ildə 8119 nəfər istehsalçıya becərdikləri 25.692 hektar sahə üçün 1 milyon 28 min manat kompensasiya ödənilmiş, 2009-cu ilin məhsulu üçün buğda əkmiş 5027 nəfər istehsalçıya 745 min manat yardım edilmişdir. Rayonda "Aqrotexservis" xidməti müəssisələrinin sayı 5-ə, damazlıq təsərrüfatlarının sayı 3-ə, toxumçuluq təsərrüfatlarının sayı isə 7-ə çatdırılmışdır. Torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə 1120 ton mineral gübrə, 48 ton buğda toxumu satılmışdır.

"Azərbaycan Respublikası reqionların sosial iqtisadi - inkişafı Dövlət Proqramı"nda, eyni zamanda "Azərbaycan Respublikası Ağdam, Bərdə Tərtər rayonlarının sosial-iqtisadi inkişafına dair Tədbirlər Planı"nda nəzərdə tutulan vəzifələrin icrası hesabat ilində uğurla davam etdirilmişdir.

Ötən il Heydər Əliyev xiyabanı, M.Sabir parkı yenidən qurulmuş, Heydər Əliyev muzeyinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Əhalinin Sosial Müdafiə Mərkəzi, Baytarlıq İdarəsi üçün tikilən inzibati binalarının inşası başa çatdırılmışdır. Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün 16 24 mənzilli yaşayış evləri inşa edilmiş, 480 yerlik yay konsert zalı, iki çay evi istifadəyə verilmişdir. Bütövlükdə daxili imkanlar hesabına 2.851 min manat dəyərində mühüm əhəmiyyətə malik 14 obyekt tikilmiş, yaşıllıqların qorunub artırılması diqqət mərkəzində saxlanılmışdır.

Əhalinin içməli su, təbii qaz elektrik enerjisi ilə təminatı əsasən həll olunmuşdur.

Hesabat yığıncağında təhsil, səhiyyə rabitə xidməti sahəsində qazanılmış nailiyyətlər təhlil olundu. Qarşıda duran vəzifələr müəyyənləşdirildi. Bildirildi ki, növbəti beş ildə Zolgörən kəndi yaxınlığında Tərtər çayının üzərindən körpü salınacaq, 5 yeni məktəb, 3 xəstəxana, 5 tibb məntəqəsi, 92 sinif otağı, 7 idman zalı, Qarabağ əlilləri şəhid ailələri üçün 36 mənzilli 4 yaşayış binası, 4 emal müəssisəsi, şərab zavodu, broyler fabriki tikiləcək, xalçaçılığın şərabçılığın inkişafı üçün bir sıra tədbirlər həyata keçiriləcək, 500 hektar ərazidə üzüm bağları salınacaqdır.

Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Hafiz Məmmədov çıxış etmişdir.

Sonda yığıncaq iştirakçıları respublika Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.

 

 

Lazım Quliyev

 

Azərbaycan.-2009.-1 mart.-S.7.