Yevlax Xalq Teatrı binasının açılışı

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Yevlax Xalq Teatrı binasının açılışında iştirak etmişdir.

Şəhərin Heydər Əliyev prospektində daxili imkanlar hesabına tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində xidməti otaqlar, ikinci mərtəbəsində isə qrim otaqları, 174 yerlik tamaşa salonu yerləşir. Klassik memarlıq üslubunda 12 sütun binanın fasadına xüsusi yaraşıq verir.

Binada istilik, müasir işıqlandırma akustika sistemləri quraşdırılmışdır. Teatrın qarşısındakı meydanda yaşıllıq salınmış, yaraşıqlı fəvvarə yaradılmışdır. Fəvvarədə heykəllərdən ibarət kompozisiya, binanın yanındakı hasarda Azərbaycanın klassik yazıçılarının əsərlərinin personajları diqqəti cəlb edir.

Dövlətimizin başçısı açılışı bildirən rəmzi lenti kəsdi. Prezident xanımı foyedə ümummilli lider Heydər Əliyevin milli mədəniyyətimizin incəsənətimizin inkişafına diqqət qayğısını əks etdirən guşə ilə tanış oldular.

Sonra Prezident İlham Əliyev kollektivin üzvləri ilə söhbət etdi.

 Şəhər mədəniyyət evinin direktoru Eldəniz MUSTAFAYEV dövlətimizin başçısına müraciətlə dedi: Xoş gəlmisiniz, möhtərəm cənab Prezident. Yevlaxın çoxsaylı mədəniyyət işçiləri adından Sizi salamlayırıq. Bizə göstərdiyiniz diqqət qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Çox iftixar hissi keçiririk ki, bizim Yevlax şəhəri respublikamızda tanınmış mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Əlbəttə, Sizin diqqətiniz, qayğınız sayəsində. Bu gün xeyir-duasını verdiyiniz teatrın binası bunun bariz bir nümunəsidir. Möhtərəm Prezidentimiz, teatrımıza dövlət statusunun verilməsini bütün mədəniyyət işçiləri Sizdən xahiş edir.

Mehriban xanım, Azərbaycan mədəniyyətinə göstərdiyiniz bütün qayğıya diqqətə görə Sizə minnətdarlığımızı bildiririk, çox sağ olun.

İlham ƏLİYEV: Teatrın açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm, çox gözəl hadisədir. Yevlax şəhəri üçün böyük hadisədir onu göstərir ki, hətta dünyanı bürümüş maliyyə böhranı zamanı da Azərbaycanda mədəniyyət məsələlərinə diqqət, həmişə olduğu kimi, yüksək səviyyədədir. Azərbaycanda həm xəstəxanalar tikilir, məktəblər, neft-qaz kəmərləri tikilir, infrastruktur layihələri həyata keçirilir, eyni zamanda bir çox hallarda vaxtilə tikilmiş teatrlar, muzeylər təmir olunur yeni teatrlar tikilir. Bax, Yevlax şəhərində teatr olmamışdır ya da vaxtsa olmuşdu, yaxud fəaliyyət göstərmirdi. Çox gözəl binadır. Binanın özü böyük zövqlə tikilib, memarlıq baxımından da şəhərə əlavə yaraşıq verir, yeri çox gözəldir, mərkəzi meydanın yanındadır daxili dizaynı da yaxşıdır. Burada teatr sənətinin inkişafı üçün bütün şərait var əminəm ki, yevlaxlıların çox sevimli yerlərindən birinə çevriləcəkdir. Statusa gəldikdə, ona biz baxarıq, lazımdırsa, kömək göstərəcəyik.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 mart.-S.4.