Gürcüstanın diasporla üzrə dövlət naziri ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Ölkəmizdə səfərdə olan Gürcüstanın diasporla üzrə dövlət naziri Yulon Qoqoşidze martın 5-də Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

O, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül çələngi qoymuşdur.

Sonra qonaq Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Gürcüstanın dövlət naziri Bakının ən yüksək nöqtəsindən paytaxtın mənzərəsini seyr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 mart.-S.5.