Prezident sarayında rəsmi qarşılanma mərasimi

 

Martın 10-da Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın İranın dövlət bayraqlarının asıldığı Prezident sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın İranın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin önündən keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev İran əsgərlərini salamladı.

İranın rəsmi şəxsləri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri İran Prezidentinə təqdim olundular.

 

 

Azərbaycan.-2009.-11 mart.-S.1.