Birinci Beynəlxalq Muğam Festivalında Azərbaycan 3 ifaçı ilə təmsil olunacaqdır

 

Martın 10-da Abdulla Şaiq adına Dövlət Kukla Teatrında Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Muğam Festivalında iştirak edəcək muğam ifaçılarının I Respublika muğam müsabiqəsinin seçim turunun qaliblərinin adları açıqlanmışdır.

Müsabiqənin münsiflər heyətinin üzvü, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirmişdir ki, bu yarışmada iştirak etmək üçün 104-dən çox ifaçı müraciət etmişdir. Martın 5-də keçirilən birinci turda 27 nəfər iştirak etmiş, onlardan 11-i II tura adlamışdır. İkinci turun nəticələrinə görə 3 nəfər qalib adını qazanaraq beynəlxalq müsabiqədə iştirak etmək hüququ qazanmışdır.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev təhsil naziri Misir Mərdanov qalibləri təbrik edərək bildirmişlər ki, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycanın dünyada daha geniş tanınması, musiqimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.

Muğam ifaçılarının başa çatan I Respublika müsabiqəsindən söz açan natiqlər vurğulamışlar ki, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nümayəndəsi İbrahim Quliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçilən qaliblər Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu Təhsil Nazirliyinin dəstəyi iləMuğam aləmiBeynəlxalq Musiqi Festivalında Azərbaycanı təmsil edəcəklər.

Sonda Heydər Əliyev Fondu tərəfindən müsabiqədə 1-ci yeri tutmuş Təyyar Bayramova 5 min manat, 2-ci yerin sahibi Vəfa Orucovaya 4 min manat 3-cü yerə layiq görülmüş Babək Niftəliyevə isə 3 min manat pul mükafatı diplomlar təqdim edilmişdir. İkinci turda iştirak etmiş digər səkkiz ifaçıya da diplomlar verilmişdir.

Tədbirdə laureatlar konsert proqramı ilə çıxış etmişlər.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-11 mart.-S.3.