Ümummilli lider Heydər Əliyevin şəhidlərin xatirəsinə ehtiram

 

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov martın 12-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzmüşdür.

S.Lavrov Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 mart.-S.2.