Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan parlamenti sədrinin birinci müavini Çolpon Bayekovanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Qırğızıstan parlamenti (Joqorku Keneş) sədrinin birinci müavini Çolpon Bayekovanı qəbul etmişdir.

Xanım Çolpon Bayekova bildirdi ki, Bakıya səfərinin əsas məqsədi parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaq, habelə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş kitabın təqdimat mərasimində iştirak etmək Azərbaycanda yazıçının yubiley tədbirlərinin keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etməkdir.

Dövlətimizin başçısı Azərbaycanda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətləri bütün səviyyələrdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində genişləndirməyin zəruriliyini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 mart.-S.1.