Səid Qurbanov

 

Azərbaycan diasporunun görkəmli nümayəndəsi, Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış dövlət ictimai-siyasi xadimi Səid Qurbanov 2009-cu il mart ayının 12- ömrünün 81-ci ilində vəfat etmişdir.

Səid Camal oğlu Qurbanov 1928-ci il dekabrın 21- Dağıstan Respublikasının Dərbənd rayonunun Salik kəndində anadan olmuşdur. 1955-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Səid Qurbanov Dərbəndin Berikey qəsəbəsində baytarlıq xidmətinin rəhbəri, 1958-1962-ci illərdə kolxoz sədri, sovxoz direktoru olmuş, 1962-ci ildən Dərbənd şəhər kolxoz-sovxoz ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. O, 1965-ci ildə Dərbənd Rayon İcraiyyə Komitəsinin başçısı, 1966- ildə isə Dərbənd Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1971-ci ildə Dağıstan Respublikasının kənd təsərrüfatı naziri təyin edilən Səid Qurbanov 1973-cü ildə yenidən Dərbənd Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

O, 1985-ci ildə yenidən kənd təsərrüfatı sahəsinə qayıdaraq 1991-ci ilə qədər Dərbənd rayonunda sovxoz direktoru işləmişdir. Səid Qurbanov 1991-1998-ci illərdə Dərbənd Rayonu Deputatlar Şurasının sədri Dərbənd Rayon Administrasiyasının başçısı vəzifələrində çalışmış, 1998-2005-ci illərdə Dağıstan Respublikası Dövlət Şurası sədrinin müşaviri olmuşdur. 2005-ci ildə pensiyaya çıxdıqdan sonra ictimai fəaliyyətini davam etdirmiş, ömrünün sonunadək Dağıstan Respublikasının Prezidenti yanında Ağsaqqallar Şurasının üzvü idi.

Səid Qurbanov iqtisadiyyatın dövlət idarəçiliyinin müxtəlif sahələrində çalışdığı yarım əsrdən artıq dövr ərzində bütün vəzifələrdə daim peşəkarlıq fədakarlıq nümayiş etdirmişdir. Dərbənd rayonunun aqrar-sənaye kompleksinin inkişafı Səid Qurbanovun adı ilə sıx bağlıdır. Onun vətənpərvərliyi, yüksək əzmkarlığı təşkilatçılıq bacarığı Dərbəndə rəhbərlik etdiyi illərdə özünü xüsusilə büruzə vermişdir. El ağsaqqalı Səid Qurbanovun uzaqgörənliyi zəngin həyat təcrübəsi müxtəlif nəsillərə mənsub insanlar tərəfindən rəğbət ehtiramla qarşılanmışdır. Dağıstan azərbaycanlılarının görkəmli nümayəndəsi kimi o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə vermişdir.

Səid Qurbanovun ictimai xadim kimi fəaliyyəti zəngin təqdirəlayiq olmuşdur. O, Dağıstan Respublikası Ali Sovetinin iki çağırışının deputatı seçilmiş, Dağıstan Respublikası Dövlət Şurasının üzvü olmuşdur. Səid Qurbanov Azərbaycan diasporunun formalaşdırılması inkişaf etdirilməsi işinə böyük qüvvə sərf etmişdir.

Səid Qurbanovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox orden medallarla təltif edilmiş, o cümlədən müstəqil Azərbaycanın yüksək mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Tanınmış dövlət xadimi ictimai-siyasi xadim, səmimi insan Səid Qurbanovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,

Ramiz Mehdiyev, Yaqub Eyyubov,

Fatma Abdullazadə, Hidayət Orucov,

Nazim İbrahimov, Polad Bülbüloğlu

 

Azərbaycan.-2009.-14 mart.-S.7.