Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyinin əsaslı şəkildə yenidən qurulmuş "Radioquraşdırma" zavodunun açılışında iştirak etmişdir.

Müdafiə Sənayesi Nazirliyi yaranana qədər zavodun cəmi bir neçə sexi qismən fəaliyyət göstərir, təsadüfi sifarişlər əsasında ildə 60-70 min manatlıq məhsul buraxılırdı. 2006- ilə qədər burada işçilərin sayı tamamilə azalmış, müəssisə tam bərbad vəziyyətə düşmüşdü. Dövlət başçısının tapşırığına əsasən Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra bu müəssisədə köklü dəyişikliklər baş vermişdir. Qısa müddət ərzində o, ölkənin qabaqcıl sənaye müəssisələrindən birinə çevrilmişdir.

"Radioquraşdırma" zavodunun açılışına gələn Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin həyətdə ucaldılmış büstünün önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevə bu müəssisə ümumilikdə respublikanın müdafiə sənayesində 2006- ildən bəri görülən işlər barədə geniş məlumat verdi. O bildirdi ki, vaxtilə zavodun bərbad vəziyyətdə olan ərazisində geniş abadlıq yaşıllaşdırma işləri görülmüşdür. İnzibati binalar da əsaslı şəkildə təmir olunaraq, səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Müəssisədə ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən fotoguşə yaradılmış, 250 yerlik akt salonu da yenidən qurularaq müasir görkəm almışdır.

Dövlətimizin başçısı açılışı bildirən qırmızı lenti kəsdi zavodla tanış oldu.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində qısa müddətdə ölkənin müdafiə sənayesinin formalaşdırılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilmişdir. Ötən müddətdə nazirliyin tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istismara verilmiş, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanmışdır. Dövlət başçısının tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti yenidənqurma işlərinə başlanması nəzərdə tutulmuşdur.

Bildirildi ki, 2007-2008-ci illərdə dövlət müdafiə sifarişi proqramında nəzərdə tutulan işlər başa çatdırılmış və buraxılan məhsullar silahlanmaya qəbul edilmişdir. 2009-cu ildə bu işlərin proqramı daha genişdir. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı da mənimsənilmiş proqrama uyğun istehsal edilmişdir. Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılmışdır. Müdafiə sənayesi müəssisələrində mühəndis texnikası, döyüş təlim sursatları, mühəndis xidməti kəşfiyyat vasitələrinin istehsalı da təmin edilmişdir. 2008-ci ildə sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artmışdır. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulmuşdur. Əvvəlki illərə nisbətən istehsalın həcmi əhəmiyyətli dərəcədə artırılacaqdır. Nazirliyin müəssisələrində buraxılmağa başlanacaq 7 növ müdafiə təyinatlı məhsulun istehsal sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınıb quraşdırılması 2009-cu ildə başa çatdırılacaqdır. Cari ildə müdafiə sənayesi müəssisələrində mülki məhsulların istehsalını da genişləndirmək üçün silsilə tədbirlər nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 mart.-S.1.