Yeni Azərbaycan Partiyasının internet saytı təzələnmişdir

 

Yeni Azərbaycan Partiyasının internet saytı təzələnmişdir.

Yeni sayt tərtibatı, linklərin forma məzmun əhatəliyi, respublikamızın ictimai-siyasi, iqtisadi-sosial, mədəni həyatına dair materialların yerləşdirildiyi foto-qalereyanın operativliyi ilə seçilir.

İnternet saytında Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı geniş məlumatlar əldə etmək mümkündür. Dövlət başçısının rəsmi səfərləri, xarici ölkələrdə müxtəlif tədbirlərdə iştirakı çıxışları, keçirdiyi görüşlər, ölkəmizin siyasi iqtisadi həyatı ilə bağlı işləri saytın başlıca istiqamətlərini təşkil edir. Partiya həyatı ilə bağlı materiallar isə zəngin dolğunluğu ilə səciyyələnir.

Saytın istifadəçiləri Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti ilə geniş tanış ola biləcəklər.

İnternet saytının yeniləşmiş variantında YAP-ın rəhbər strukturları nümayəndələrinin, İdarə heyəti Siyasi Şura üzvlərinin, eləcə digər partiya fəallarının müsahibələri, analitik yazılar, partiyanın mərkəzi qərargahında keçirilən mətbuat konfranslarının materialları ilə tanış olmaq olar.

Saytda mühüm bölmələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallar fotoalbomdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 mart.-S.3.