Fransa Senatının sabiq sədri, senator Kristian Ponsöle ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Fransa Senatının sabiq sədri, senator Kristian Ponsöle martın 16-da Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşdur.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzmüşdür.

 

* * *

Sonra Şəhidlər xiyabanına gələn senator Kristian Ponsöle "Əbədi məşəl" abidəsinin önünə güllər qoymuş, Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini yad etmişdir.

Qonağa Azərbaycan xalqının müstəqillik mübarizəsinin tarixi, Şəhidlər xiyabanı barədə ətraflı məlumat verildi.

 

 

Azərbaycan.-2009.-17 mart.-S.9.