İçərişəhərlə tanışlıq

 

Fransa Senatının sabiq sədri, senator Kristian Ponsöle martın 16-da İçərişəhərdə olmuşdur.

Metronun "İçərişəhər" stansiyasının yaxınlığından başlanan gəzinti Kiçik qala küçəsi ilə tanışlıqla davam etdirilmişdir. Qonaq burada elektromobilə minərək, İçərişəhərin görməli yerlərini gəzmişdir.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov hörmətli qonağa Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış idarə haqqında məlumat vermiş, ötən əsrlərin yadigarı olan abidələrin qorunması bərpasına göstərilən dövlət qayğısından danışmışdır.

Bazar meydanı Qız qalası ilə tanışlıqdan sonra senator Kristian Ponsöle Muğam teatrında çay süfrəsinə dəvət olunmuş, burada ona xatirə hədiyyələri təqdim edilmişdir.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıq fransalı qonaqda xoş təəssürat doğurmuşdur.

 

 

Azərbaycan.-2009.-17 mart.-S.9.