Səmaya yüksələn yol

 

Kitab "Nurlan" nəşriyyatında nəşr edilmişdir. Ötən əsrin 60- illərindən başlayaraq SSRİ- kosmonavtikanın inkişafına misilsiz töhfələr vermiş, gərgin əməyinə, elmi axtarışlarına görə Sosialist Əməyi Qəhrəmanı adına bir çox dövlət mükafatlarına, təltiflərinə layiq görülmüş Kərim Kərimovun xatirələrini həyəcansız oxumaq mümkün deyil. O, xatirələrində kosmosun fəth edilməsi, orbital stansiyaların yaradılması səma sistemlərinin öyrənilməsi sahəsində ilk işlər, fövqəladə hadisələr barədə ətraflı məlumat vermişdir.

Toplunun redaktoru "Ön söz" müəllifi Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev yazır:

"Kərim Kərimov haqqında həm doğma dilimizdə, həm bir çox xarici dillərdə saysız-hesabsız məqalələr, kitablar çap edilmiş, filmlər çəkilmiş, onun şərəfinə xüsusi medal təsis olunmuşdur. Oxuculara təqdim edilən bu publisist xatirələr toplusunu isə o özü yazıb. Kitabın ana dilimizdə nəşrində məqsəd, hər birimiz fəxr etdiyimiz həmyerlimizin, dünya şöhrətli şəxsiyyətin keçdiyi həyat yolu barədə oxuculara, xüsusən gənclərə ətraflı məlumat verməkdən ibarətdir. İnanıram ki, Kərim müəllimin öz peşəsinə sevgisi unudulmaz xidmətləri gələcək nəsillərə örnək olacaq".

Kitabın işıq üzü görməsində tərcüməçi Mirsaleh Axundlunun, məsul redaktor Eldar İsmayılovun, buraxılışa məsul Məzahir Sadıqovun, redaktor, yazıçı-publisist Möhbəddin Səmədin başqalarının xidməti çoxdur.

 

 

T.Ağaoğlu

 

Azərbaycan.-2009.-30 mart.-S.6.