Azərbaycan rəssamının əsərləri beynəlxalq sərgidə

 

MDB- üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə Moskvada rəssamların beynəlxalq sərgisi keçiriləcəkdir.

Martın 20-dən 29-dək Rəssamların Mərkəzi Evində təşkil olunacaq sərgidə Azərbaycanın xalq rəssamı mərhum Rasim Babayevin əsərləri nümayiş etdiriləcəkdir. Sərgidə MDB- üzv ölkələrin tanınmış rəssamlarının əsərləri yer alacaqdır.

 

 

Azərbaycan.-2009.-20 mart.-S.8.