Bakıda "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Hörmətli xanımlar cənablar,

əziz dostlar!

İlk növbədə mən sizi Novruz bayramı münasibətilə ürəkdən

təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik cansağlığı arzulayıram.

Bu gözəl bayram günündə biz Azərbaycanda muğam festivalının açılışında bərabər iştirak edirik. Çox əlamətdar hadisədir, demək olar ki, Azərbaycanda bu günlərdə muğam həftəsi yaşanır. İki gün bundan əvvəl muğam üzrə elmi simpozium öz işinə başlamışdır, bu gün muğam festivalının açılışıdır. Eyni zamanda, Azərbaycanda Beynəlxalq muğam müsabiqəsi də keçiriləcəkdir. Müxtəlif ölkələrdən çoxsaylı qonaqları səmimiyyətlə salamlayıram və əminəm ki, həm elmi simpoziumda, həm də müsabiqədə, festivalda bizim qonaqlarımız öz istedadını, öz məharətini göstərəcəklər.

Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir. Bu, Muğam Mərkəzində keçirilən ilk beynəlxalq tədbirdir. Bu gözəl bina, bir tərəfdən, müasir standartlara tam cavab verir, digər tərəfdən, milli üslubda tikilibdir və əminəm ki, bundan sonra uzun illər ərzində Muğam Mərkəzi bütün muğamsevərləri sevindirəcək, sözün əsl mənasında, muğam evinə çevriləcək və belə gözəl tədbirlərin keçirilməsi Azərbaycanda gözəl ənənəyə çevriləcəkdir.

Eyni zamanda, bu festivalın və Azərbaycanda keçirilən muğam həftəsinin timsalında görürük ki, muğam insanları, xalqları birləşdirir. 17 ölkədən 150-dən çox qonaq bu tədbirlərdə fəal iştirak edəcəkdir. Muğam məhəbbət sənətidir, muğam dostluq sənətidir, qardaşlıq sənətidir. Ümid edirəm ki, bu günlərdə qoyulan bu gözəl yeni ənənə yaşayacaq və Azərbaycanda muğam festivallarının keçirilməsi ənənəyə çevriləcəkdir.

Bu gözəl binanın tarixini siz yaxşı bilirsiniz, Muğam Mərkəzinin yaradılması ilə əlaqədar qərar veriləndə məhz şəhərin ən gözəl yeri seçilməliydi. Dənizkənarı bulvar Bakı şəhərinin ən gözəl yerlərindən biridir və məhz bu gözəl yerdə Muğam Mərkəzi tikilməliydi.

Bu gün bizimlə bərabər bu tədbirdə YUNESKO-nun baş direktoru cənab Matsuura iştirak edir. Qeyd etmək istəyirəm ki, məhz cənab Matsuuranın iştirakı ilə 2005-ci ildə bu gözəl binanın təməli qoyulmuşdur və mən o günü çox yaxşı xatırlayıram. O gözəl gündə bizim görkəmli incəsənət xadimlərimiz iştirak edirdi. Biz birlikdə təməl daşını qoyduqindi bu gözəl tədbirdə iştirak edirik. Ondan sonra, 2008-ci ildə cənab Matsuura Bakıda olarkən tikinti ilə tanış oldu və yenə də biz birlikdə Muğam Mərkəzinin yanında yerləşəcək yeni, müasir Xalça Muzeyinin təməlini qoyduq və artıq tikinti başlanmışdır. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda dünyanın istənilən inkişaf etmiş şəhərinin əlavə yaraşığı ola biləcək müasir Xalça Muzeyi tikilib istifadəyə veriləcəkdir.

Bu gün biz bütün günü birlikdəyik. Cənab Matsuura Azərbaycanda əziz qonaqdır, Azərbaycanın böyük dostudur, YUNESKO ilə Azərbaycan arasında əlaqələrin inkişafında onun çox böyük rolu var. Bu gün biz Novruz bayramı şənliklərində bərabər iştirak etmişik. Onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın mədəni həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. Azərbaycanda yeni, çox gözəl Müasir İncəsənət Muzeyi açılmışdır və o muzeydə bizim görkəmli rəssamlarımızın əsərləri nümayiş etdirilir. O əsərlər ki, onlar illərlə hansısa anbarlarda, yaxud da ki, evlərdə, yararsız yerlərdə saxlanılırdı. İndi bu əsərlərə yeni həyat verilibMüasir İncəsənət Muzeyiöz zövqlü tərtibatı ilə fərqlənir. Əminəm ki, müasir üslubda, dizaynda yaradılmış, eyni zamanda, böyük milli məna daşıyan muzey Bakı sakinlərinin diqqətini cəlb edəcəkdir.

Muğam Mərkəzi də eyni üslubdadır - müasirlik, yenilikeyni zamanda, milli dəyərlərə münasibət, milli köklərə bağlılıq. Əslində, bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir və çox aydındır. Biz köklü əsaslar üzərində - tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü, dünyəvi, qüdrətli Azərbaycan qururuqbu işdə artıq böyük nailiyyətlərə çatmışıq. Azərbaycan inkişaf edir, Azərbaycan çiçəklənir, iqtisadi, siyasi islahatlarla yanaşı, mədəniyyətlə bağlı məsələlərə çox böyük diqqət göstərilir. İndiki böhranlı günlərdə mədəniyyət sahəsinə vəsaitin ayrılması və onun prioritet kimi dövlətin diqqət mərkəzində qalması çox şeyi deyir, çox şey ifadə edir. İlk növbədə, bizim öz mədəni irsimizə, zəngin mədəniyyətimizə, tariximizə, milli ənənələrimizə olan münasibəti göstərir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdurbizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün ən önəmlisi, ən əzizi milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu dəyərlərin qorunub saxlanması üçün, gələcək nəsillərə etibar olunması və inkişaf etdirilməsi üçün, əlbəttə ki, öz potensialımızı biz hərtərəfli gücləndirməliyik. Güclü iqtisadiyyat, güclü sosial siyasət, zəngin tarixi irsimizə bağlılığımız və müasir dünyada ən yüksək standartlara çatmağımız - mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu fikirləri bölüşür. Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da uğurla davam etdiriləcəkdir.

Əziz dostlar, əziz qonaqlar, mən sizi bu gözəl bayramlar münasibətilə bir daha təbrik etmək istəyirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

 

 

Azərbaycan.-2009.-21 mart.-S.4.