V.İ.YakunininDostluqordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Vladimir İvanoviç YakuninDostluqordeni ilə təltif edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 may 2009-cu il.

 

Azərbaycan.-2009.-3 may.-S.1.