"Prezident İlham Əliyev mədəniyyət (2003-2008)" elektron kitabın təqdimat mərasimi keçirilmişdir

 

Mayın 5-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Prezident Kitabxanasının birgə layihəsi ilə hazırlanmış "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" ikicildlik kitabın elektron versiyasının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizin inkişafına, tərəqqisinə göstərdiyi diqqət qayğıdan danışan M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov mərasimi açaraq dedi ki, ölkə başçısının mədəniyyət sahəsində imzaladığı fərman sərəncamlar bu sahədə yeni inkişafın başlanğıcından xəbər verir.

Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında qeyd etdi ki, bu kitab keçən il geniş ictimaiyyətə təqdim olunmuşdur. Respublikanın müxtəlif təşkilatlarından, kitabxanalardan, mədəniyyət ocaqlarından nazirliyə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq bu il kitabın elektron versiyası hazırlanmışdır.

Kitabın birinci cildində Prezident İlham Əliyevin Azərbaycan dünya mədəniyyətinin xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət müəssisələrində çıxış tövsiyələri, müsahibələri öz əksini tapmışdır. Kitabın ikinci cildində isə, Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə ünvanladığı təbrik teleqramları, mədəniyyət sahəsində imzaladığı fərman, sərəncam qanunlar, habelə mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs milli mənəvi dəyərlər haqqında fikirləri yer almışdır. Kitabın hər iki cildində Prezident İlham Əliyevin bu sahə ilə bağlı mərasimlərdəki fotoşəkilləri verilmişdir.

Bildirilmişdir ki, layihənin rəhbəri mədəniyyət turizm naziri Əbülfəs Qarayevdir. Nəşrin elmi məsləhətçiləri professor Teymur Əhmədov hüquq elmləri namizədi Əli Eyvazovdur. Elektron kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə olunmuşdur.

S.Məmmədəliyeva vurğulamışdır ki, təqdim edilən elektron kitab Ü.Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə müşayiət olunur. M.F.Axundov adına Milli Kitabxananın C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının veb-saytının "Elektron kitabxana" bölməsində yerləşdirilmiş bu kitabdan bütün oxucular istifadə edə bilərlər.

"Prezident İlham Əliyev mədəniyyət (2003-2008)" ikicildlik elektron kitabın hazırlanmasında xüsusi əməyi olan mütəxəssislərə nazirliyin fəxri fərmanları təqdim olunmuşdur.

Mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, əməkdar elm xadimi, professor Abuzər Xələfov başqaları çıxış edərək, elektron kitabın Azərbaycan mədəniyyətinin müasir tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulamışlar.

Diqqətə çatdırılmışdır ki, "Prezident İlham Əliyev mədəniyyət (2003-2008)" elektron kitabı müxtəlif nazirlik, idarə təşkilatlara, habelə respublikanın şəhər rayon kitabxanalarına hədiyyə olaraq veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 may.-S.2.