Silsilə tədbirlər davam edir

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümü hər yerdə olduğu kimi, Lerik rayonunda da geniş qeyd edilir. Ümumtəhsil məktəblərində inşa yazı rəsm müsabiqələri, idman yarışları keçirilmişdir. Yarışın qaliblərinə rayon gənclər idman idarəsinin diplomları kubokları təqdim edilmişdir.

Rayonun bütün idarə, təşkilat müəssisələrində, mədəniyyət ocaqlarında ömrünün 34 ilindən çoxunu Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsinə, xalqımızın firavanlığına həsr etmiş ümummilli liderə həsr olunmuş silsilə tədbirlər, xatirə gecələri, elmi-praktik konfranslar "dəyirmi masa"lar keçirilir. "Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyi", "Milli ordu quruculuğunda Heydər Əliyevin rolu", "Heydər Əliyev dövlət gənclər siyasəti", "Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu" digər mövzularda məruzələr dinlənilmişdir.

Mayın 5- YAP Lerik rayon təşkilatının, gənclər idman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında futbol üzrə yarışlara start verilmişdir. Yarışın qaliblərinə YAP rayon təşkilatının kuboklarının, rayon gənclər idman idarəsinin diplomlarının təqdim edilməsi nəzərdə tutulmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümü ərəfəsində 6,7 kilometr məsafədə Züvüç kəndinə çəkilmiş su xəttinin açılış mərasimi keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyəti başçısı, ictimaiyyətin nümayəndələri iştirak etmişdilər.

 

 

Azərbaycan.-2009.-7 may.-S.5.