Azərbaycan beynəlxalq Düşənbə caz festivalında təmsil olunmuşdur

 

İsveçrənin Mədəniyyətin İncəsənətin İnkişafı Proqramı çərçivəsində Tacikistanın "Baktriya" Mədəniyyət Mərkəzinin Milli Konservatoriyasının təşkilatçılığı ilə Düşənbə şəhərində beynəlxalq caz festivalı keçirilmişdir. Tacikistan, Özbəkistan, Qırğızıstan Türkmənistan cazmenlərinin qatıldığı festivalda ölkəmizi Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin dekanı Gülzar Mahmudovanın rəhbərliyi ilə "Caspian Jazz Group" təmsil etmişdir.

Festival çərçivəsində təşkil olunmuş 3 qala-konsertdə, ustad dərslərində, mühazirə-konsert "dəyirmi masa"larda Azərbaycan cazmenləri yaxından iştirak etmişlər. Festivalın son günü isə "Caspian Jazz Group" Tacikisitan Milli Konservatoriyasında qala-konsert vermişdir. Ansamblın ifası yüksək qiymətləndirilmişdir. Bakı Musiqi Akademiyası Tacikistan Milli Konservatoriyası arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma əldə olunmuşdur.

 

 

Qulu Kəngərli,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə.

 

Azərbaycan.-2009.-7 may.-S.7.