Azərbaycan Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Yan Peter Balkenende ilə görüşü

 

Mayın 7-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığının Baş naziri Yan Peter Balkenende ilə görüşmüşdür.

Görüşdə Baş nazir Yan Peter Balkenende Azərbaycanın çox əlverişli geosiyasi məkanda yerləşdiyini iqtisadi əməkdaşlıq üçün böyük potensiala malik olduğunu vurğuladı. O, Niderlandın, eləcə də bu ölkənin şirkətlərinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi.

Azərbaycanın da Niderland Krallığı ilə ikitərəfli əlaqələri genişləndirmək istədiyini qeyd edən Prezident İlham Əliyev dedi ki, ölkəmiz bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafında maraqlıdır.

Dövlətimizin başçısı Azərbaycanda iqtisadi fəaliyyətə başlamaq istəyən Niderland şirkətlərinə dövlət tərəfindən lazımi dəstəyin veriləcəyini bildirdi.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 may.-S.1.