Pakistanda "Heydər Əliyev" kitabı ingilis dilində nəşr edilmişdir

 

Mayın 8- İslamabadda "Marriott" mehmanxanasında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin anadan olmasının 86- ildönümü ilə əlaqədar geniş mərasim keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatı Hüseynbala Mirələmov tanınmış yazıçı Viktor Andrianovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabının təqdimatı olacaqdır.

"Heydər Əliyev" kitabı İslamabadda Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən ingilis dilində nəfis şəkildə nəşr etdirilmişdir.

 

 

Azərbaycan.-2009.-8 may.-S.2.