Cənubi Afrika Respublikasının Prezidenti zati-aliləri cənab Ceykob Zumaya

 

Hörmətli cənab Prezident!

Cənubi Afrika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Cənubi Afrika Respublikası xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

 

 

Hörmətlə,

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 may 2009-cu il

 

Azərbaycan.-2009.-13 may.-S.1.