Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümü Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çıxışı

 

- Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün - may ayının 10-u müasir Azərbaycanın hər bir azərbaycanlının həyatında taleyində silinməz iz qoymuş böyük simanın, dahi şəxsiyyətin ad günüdür. Ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənsevərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir müstəqil Azərbaycan Respublikasının banisi qurucusu unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin ümumiyyətlə, bəşər tarixinin inkişafında tərəqqisində müstəsna əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası onun bugünkü nailiyyətləridir.

Heydər Əliyev Fondunun prezidenti kimi fondumuzun 5 illik yubileyi münasibətilə bura toplaşan bütün qonaqları səmimi qəlbdən salamlayıram. Fondun fəaliyyəti artıq hər kəsə bəllidir. Beş il ərzində görülən işlər, əldə edilən nailiyyətlər haqqında bu axşam burada danışılacaq. Öz adımdan təkcə onu demək istəyirəm ki, bu beş il ərzində görülən işlər bir çox sahələri - elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin bunları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu şərəfidir. Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə inanan hər bir insana dərin minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına - gənc, istedadlı insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın bu günü gələcəyi naminə bundan da artıq işlərə hazır qadirdir.

Əziz qonaqlar, bir daha sizin hamınızı 10 may münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, uğurlar arzulayıram. Qoy, ad günü ilə yubileyi birləşdirən bu axşam keçmişin dərslərini unutmamağa, əcdadlarımızın xatirəsini uca tutmağa, bu günümüzü qorumağa, gələcəyimizi isə qurmağa çağıran bayrama çevrilsin. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun!

 

* * *

Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirildi. Filmdə ulu öndərin ailə həyatından görüntüləri əks etdirən kadrlar ilk dəfə ictimaiyyətə təqdim olundu.

 

 

Azərbaycan.-2009.-13 may.-S.4.