Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlmişdir

 

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 12-də Azərbaycana səfərə gəlmişdir. Azərbaycanın Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyib Ərdoğanla Abid Şərifov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.7.