AHİK-in inzibati binasında Heydər Əliyevin büstünün açılışı olmuşdur

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) inzibatı binasının foyesində ulu öndərin büstünün açılışı olmuşdur.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev demişdir ki, XX əsrin ən parlaq qüdrətli şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ölkənin ictimai-siyasi, iqtisadi mədəni həyatında layiqli yer tutan bir təşkilata çevrilməsi üçün böyük səy göstərmişdir. Ulu öndərimizin həmkarlar ittifaqlarını vaxtında dəstəkləməsi, təşkilata xeyirxah münasibəti, AHİK-in birinci qurultayına təbrik məktubu göndərməsi təşkilat haqqında xoş sözlər deməsi bizi bir çox vəzifələrin yerinə yetirilməsi sahəsində uğurlu addımlar atmağa yönəltmişdir. Azərbaycan həmkarlar ittifaqları ulu öndər Heydər Əliyevin ideyalarına tövsiyələrinə cavab olaraq ölkənin ictimai-siyasi, iqtisadi mədəni həyatında mühüm rol oynamaqla yanaşı, dünya həmkarlar ittifaqları hərəkatında da fəal iştiraka nail olmuşdur.

S.Mehbalıyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin miras qoyub getdiyi müstəqil suveren Azərbaycanı çox böyük möhtəşəm günlər gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərdə Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri onun yanında olacaq, əhalinin sosial mənafelərinin qorunması istiqamətində bundan sonra da fəal aparacaq, dövlətimizin möhkəmlənməsi ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi məqsədilə bütün imkanlardan məqsədyönlü istifadə edəcəklər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında demişdir ki, müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Ona görə ki, Heydər Əliyev həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqları sahəsində fəaliyyətin təməlini qoyan insan idi. Azərbaycanda yeni şəraitdə həmkarlar ittifaqlarının yerinin, vəzifəsinin müəyyən olunması konsepsiyasını məhz Heydər Əliyev irəli sürmüşdür. 1994-1995-ci illərdə həmkarlar ittifaqlarına dair yeni qanunun qəbul olunması da ümummilli liderimizin adı ilə bağlıdır. Heydər Əliyevin həmkarlar ittifaqlarının qurultayına ünvanladığı proqram xarakterli məktub həmkarların konkret fəaliyyət istiqamətlərini müəyyən etmiş, Azərbaycan əməkçilərinin hüquqlarının qorunmasında onların sistemli fəaliyyətini stimullaşdırmışdır.

Bazar iqtisadiyyatı şəraitində həmkarların rolu daha da artmışdır və onun ən başlıca vəzifəsi vətəndaşların əmək, sosial və digər hüquqlarını qorumaqdan ibarətdir. Ulu öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanda həmkarlar ittifaqları öz fəaliyyətini bu istiqamətdə qurmuş və ötən müddətdə uğurlar qazanmışdır. Ona görə bu binada ulu öndərin büstünün qoyulması əlamətdar hadisədir.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov demişdir ki, bu gün bütün Azərbaycan vətəndaşları üçün ikiqat fərəh və sevinc günüdür. Ona görə ki, bu gün ölkəmizdə həm ümummilli liderimizin anadan olmasının 86-cı, həm də faşizm üzərində Qələbənin 64-cü ildönümü qeyd olunur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda qeyri-hökumət təşkilatlarının, həmçinin həmkarlar ittifaqlarının inkişafına həmişə qayğı göstərmişdir. Bunun nəticəsidir ki, ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl möhkəm hüquqi baza yaradılmışdır.

Sonra büstün üzərindən örtük götürülmüşdür. Bütöv mərmər blokda yonulmuş gözəl sənət əsəri olan büstün müəllifi Azərbaycanın görkəmli tişə ustalarından biri, xalq rəssamı Ömər Eldarovdur.

Açılış mərasimində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin komitə sədrləri, deputatlar iştirak edirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.11