YAP Nərimanov rayon təşkilatının yeni binası istifadəyə verilib

 

 Mayın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının yeni inzibati binasının açılışı olmuşdur.

Tədbirdə Milli Məclisin deputatları, rayon icra hakimiyyətinin rəhbərliyi, partiyanın rayon təşkilatının fəalları iştirak etmişlər.

Açılış mərasimində YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək partiyanın Nərimanov rayon təşkilatının kollektivini yeni inzibati binaya köçməsi münasibətilə təbrik etmiş, bunun təşkilat üzvləri üçün böyük töhfə olduğunu diqqətə çatdırmışdır.

Əli Əhmədov demişdir ki, partiyanın rayon təşkilatları üçün yeni binaların tikilməsi partiyanın gücünün, möhkəmliyinin, sabitliyinin birliyinin ifadəsidir. Bu binanın inşa edilməsi partiya üzvlərinin ümummilli lider Heydər Əliyev ideyalarına, onun yaratdığı partiyaya, bu gün partiyaya rəhbərlik edən Prezident İlham Əliyevə hörmət, məhəbbət ehtiramın bariz nümunəsidir. Ə.Əhmədov vurğulamışdır ki, yeni inzibati binanın istifadəyə verilməsi rayon təşkilatının fəaliyyətini daha da genişləndirəcək, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev digər çıxış edənlər rayon təşkilatına uğurlar arzulamış, binanın yüksək səviyyədə inşa olunmasında öz köməyini göstərmiş bütün insanlara təşəkkür etmişlər.

Əli Əhmədov binanı inşa etmiş şirkətin rəhbərinə partiyanın simvolu olan "Heydər Əliyev" nişanını təqdim etmişdir.

Rəmzi qırmızı lent kəsildikdən sonra qərargahın foyesində ümummilli lider Heydər Əliyevin büstünün açılışı olmuş, büstün önünə gül dəstələri qoyulmuşdur.

Daha sonra mərasim iştirakçıları ikimərtəbəli binanın müasir avadanlıqla təchiz olunmuş otaqlarına baxmış, buradakı şəraitlə tanış olmuşlar.

Sonda yeni binanın həyətində ağaclar əkilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 may.-S.11.