Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan onu müşayiət edən nümayəndə heyəti mayın 13-də Fəxri xiyabanı ziyarət etmişdir.

Rəcəb Tayyib Ərdoğan xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.2.