Kosmik tədqiqatçılar Aviasiya Muzeyində

 

Xəbər verildiyi kimi, Bakıda "Qlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri" mövzusunda beynəlxalq simpozium keçirilir. Dünyanın ondan çox ölkəsini təmsil edən nümayəndələr arasında Azərbaycanın rabitə informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, habelə Birləşmiş Millətlər Təşkilatının kosmik tətbiqlər üzrə proqramının rəhbəri Hans Haubold, ABŞ Dövlət Departamentinin kosmik məsələlər üzrə xüsusi nümayəndəsi Ken Hodqkins digər rəsmi şəxslər vardır. Mayın 11- paytaxtımızın "Ramada" otelində işə başlayan beynəlxalq simpozium ayın 15-dək davam edəcək...

Beynəlxalq simpoziumun iştirakçıları mayın 14- Azərbaycan Milli Aviasiya Akademiyasına səfər etmiş, buradakı Mülki Aviasiya Muzeyinin qonağı olmuşlar. Muzeyin direktoru Ş.Axundov Azərbaycan milli aviasiyasının inkişaf mərhələlərini əks etdirən zəngin ekspozisiya barədə qonaqlara ətraflı məlumat vermişdir. Azərbaycan paytaxtında bir araya gəlmiş dünyanın kosmik tədqiqatçıları unikal muzeyin nadir eksponatlarına maraqla baxmış, rəy kitabına ürək sözlərini yazmışlar.

 

 

Y.Kərimov

 

Azərbaycan.-2009.-15 may.-S.4.