"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

 

1. "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2009-cu il avqust ayının 18-dək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin qurulmasında möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər Dövlət Sərhəd Xidmətinin inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

2. "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda onlardan sonra taxılır.

 

 

Azərbaycan.-2009.-17 may.-S.2.