"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan düzbucaqlı lövhədən ibarətdir.

Medal diametri 36 mm olan qızılı rəngli dairəvi metal lövhədən ibarətdir.

Medalın ön tərəfinin içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairə dəniz dalğası (Pantone 3298 C) rəngindədir. Birinci dairədə yuxarı qövs boyunca qızıl rəngdə "AZƏRBAYCAN", aşağı qövs boyunca "SƏRHƏD MÜHAFİZƏSİ" sözləri, sağ sol tərəflərdə qızılı rəngdə səkkizguşəli ulduzlar həkk olunmuşdur. Medalın ikinci dairəsi rəngdə olmaqla, mərkəzində yuxarıda qızılı rəngdə Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən aşağıda "1919-2009" "90" rəqəmləri həkk olunmuşdur.

Medalın arxa tərəfinin içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairə dəniz dalğası (Pantone 3298 C) rəngindədir. Birinci dairədə yuxarı qövs boyunca qızılı rəngdə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövs boyunca "DÖVLƏT SƏRHƏD XİDMƏTİ" sözləri, sağ sol tərəflərdə qızılı rəngdə səkkizguşəli ulduzlar həkk olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində Azərbaycan Respublikasının xəritəsi sərhəd nişanı həkk olunmuşdur. Sərhəd nişanındakı rənglər onların ardıcıllığı (üç dəfə təkrarlanmaqla) Azərbaycan Respublikasının Dövlət Bayrağında olduğu kimidir.

Medalın paltara bərkidilməsi üçün üst hissəsi 40 mm x 5 mm ölçüdə ilgəkli qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən, alt hissəsi 40 mm x 5 mm ölçüdə qızılı rəngli metal lövhədən ibarət 3 elementdən olan düzbucaqlı lövhədən istifadə olunur. Metal lövhəyə diametri 5 mm olan 3 qızılı rəngli metal halqa vasitəsilə birləşdirilir. Lövhənin orta hissəsindəki xara lent şaquli eyni ölçülü 3 zolağa bölünmüşdür. Kənar zolaqlar dəniz dalğası (Pantone 3298 C), mərkəzdəki zolaq boz rəngdədir. Lövhənin alt metal təbəqəsinin üzərində qızıl rəngli şaquli nazik xətlər istiqamətlənir.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 

 

Azərbaycan.-2009.-17 may.-S.2.