"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 8, maddə 485; 2004-cü il, ¹ 7, maddə 505) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1-ci maddənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

"coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda, bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir;";

2. 5-ci maddədə:

2.1. ikinci hissə çıxarılsın;

2.2. üçüncü hissədə "ç" işarəsi "d" işarəsi ilə əvəz edilsin;

2.3. dördüncü hissədə "f" işarəsi "g" işarəsi ilə əvəz edilsin;

3. 6-cı maddədə:

3.1. birinci hissənin "ç" bəndi aşağıdakı redaksiyada verilsin:

"ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri);

əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;";

3.2. dördüncü hissəyə aşağıdakı məzmunda "ç" bəndi əlavə edilsin:

"ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması.";

4. 7-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

"Əmtəə nişanı və ya işarə, eyni cinsli əmtəələrdə istifadə edilən və başqa şəxsin əmtəə nişanı ilə eyni və ya ona qarışdırılacaq dərəcədə oxşar olan nişanın ilkinlik tarixindən sonra məşhurlaşarsa, bu əmtəə nişanı və ya işarə geniş tanınmış hesab edilə bilməz.";

5. 8-ci maddədə:

5.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Bu qanunla müəyyənləşdirilən tələblərə uyğun olan işarələr coğrafi göstərici kimi qeydiyyata alına bilər və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində mühafizə edilə bilər.";

5.2. ikinci hissədə "edilir" sözü "edilə bilər" sözləri ilə əvəz edilsin;

5.3. altıncı hissə çıxarılsın;

5.4. yeddinci hissədən "Azərbaycan Respublikasında" sözləri çıxarılsın, "nişan" sözü "işarə" sözü ilə əvəz edilsin;

5.5. aşağıdakı məzmunda altıncı-doqquzuncu hissələr əlavə edilsin:

"Əmtəənin mənşə yerinin adı, müəyyən coğrafi obyektdə istehsal olunan, coğrafi obyektin təbii xüsusiyyətlərini və ya digər amillərini, yaxud onlara xas olan ümumi xüsusiyyətləri özündə əks etdirən əmtəələrin işarələnməsi bir neçə şəxs tərəfindən birgə şəkildə qeydiyyata alına bilər. Bu şəxslərin hər biri əmtəənin mənşə yerinin adından istifadə hüququna malik olur. Qeydiyyata alınan əmtəənin mənşə yerinin adından istifadə hüququ, bu coğrafi obyektdə yerləşən eyni xüsusiyyətlərə malik məhsul istehsal edən istənilən hüquqi və ya fiziki şəxsə verilir.

Mənşə ölkəsində coğrafi göstərici mühafizə olunan tarixədək, tərkibində coğrafi göstərici olan əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədi vicdanla verilibsə, qeydiyyatı aparılıbsa və ya əmtəə nişanına dair hüquq vicdanla istifadə yolu ilə əldə edilibsə, əmtəə nişanının qeydiyyatından imtina edilə, qeydiyyatı etibarsız hesab edilə və ya əmtəə nişanından istifadə hüququ məhdudlaşdırıla bilməz.

Həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə Azərbaycan Respublikasında başqa şəxslərin adına qorunan və ya qeydiyyatın aparılması üçün onlar tərəfindən iddia qaldırılan, habelə başqa şəxsin əmtəə nişanı kimi bu qanunla müəyyən edilən qaydada geniş tanınmış olan nişanlar coğrafi göstərici hesab edilmir.

Coğrafi göstərici, mənşə ölkəsində mühafizə olunan müddətdə növ əlaməti anlayışı kimi hesab edilə bilməz.";

5.6. yeddinci və səkkizinci hissələr müvafiq olaraq onuncu və on birinci hissələr hesab edilsin və aşağıdakı məzmunda on ikinci hissə əlavə edilsin:

"Mənşəyi göstərilən ərazidən olmayan əmtəələrlə bağlı coğrafi göstəricidən əmtəə nişanının tərkibində istifadə edilməsi istehlakçılarda həqiqi mənşə yeri barədə yanlışlıq yarada bilərsə, onun qeydiyyatından imtina olunur və ya qeydiyyatı ləğv edilir.";

6. 9-cu maddədə:

6.1. üçüncü hissədə "orqanına iddia sənədini yalnız patent müvəkkilləri vasitəsi ilə verirlər" sözləri "orqanı ilə hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar" sözləri ilə əvəz edilsin;

6.2. beşinci hissənin üçüncü abzasında "və" sözündən sonra "ya" sözü əlavə edilsin;

6.3. altıncı hissənin dördüncü abzasında "şəkli" sözü "işarəsi" sözü ilə əvəz edilsin;

6.4. altıncı hissənin yeddinci abzasında "əmtəənin" sözündən sonra "və ya xidmətin" sözləri əlavə edilsin;

6.5. yeddinci hissənin dördüncü abzasında "xidmətlərin siyahısı," sözlərindən sonra "onların" sözü əlavə edilsin;

6.6. yeddinci hissənin yeddinci abzasında "ölkəsində" sözündən sonra "xarici" sözü əlavə edilsin;

7. 10-cu maddədə:

7.1. ikinci hissəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

"İddia sənədinin verildiyi gün müddətə daxil edilmir. Əgər müddətin axırıncı günü bayram gününə təsadüf edərsə və ya müvafiq icra hakimiyyəti orqanı həmin gün iddia sənədini qəbul edə bilmirsə, iddia sənədinin verilmə müddəti növbəti birinci iş gününə kimi uzadılır.";

7.2. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər.";

8. 13-cü maddənin üçüncü hissəsində "İddiaçının Konvensiya və ya sərgi ilkinliyini tələb etdiyi" sözləri "İddiaçı Konvensiya və ya sərgi ilkinliyini tələb etdikdə" sözləri ilə və "hallarda" sözü "halda," sözü ilə əvəz edilsin;

9. 14-cü maddədə:

9.1. ikinci hissədə "uyğun" sözündən sonra "2 ay ərzində" sözləri əlavə edilsin;

9.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

"Əmtəə nişanının qeydiyyat tarixinə qədər həmcins əmtəələr və ya xidmətlərlə eyni, yaxud onlarla qarışdırılacaq dərəcədə oxşar və başqa şəxsə aid olan əmtəə nişanına dair iddia sənədi, bu qanunun 10-cu maddəsinə uyğun olaraq, daha əvvəl ilkinliklə müvafiq icra hakimiyyəti orqanına daxil olduğu halda, onun qeydiyyatına yenidən baxıla bilər.";

9.3. altıncı hissədə "iddiaçı" sözündən sonra "2 ay ərzində" sözləri əlavə edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə dövlət rüsumu ödəmək şərti ilə ona əlavə olaraq 4 ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir.";

9.4. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin, beşinci-yeddinci hissələr müvafiq olaraq altıncı-səkkizinci hissələr hesab edilsin:

"İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl bu barədə müvafiq bildiriş iddiaçıya göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razı olmadıqda razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə təqdim edə bilər.";

10. 15-17-ci və 30-cu maddələrdə ismin müvafiq hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" sözləri ilə əvəz edilsin;

11. 15-ci maddədə:

11.1. ikinci hissədə "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilsin;

11.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin, üçüncü və dördüncü hissələr müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilsin:

"Bu qanunun 6-cı maddəsinin 1-ci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər.";

12. 16-cı maddədə "əsasən" sözündən sonra "və əlavə dövlət rüsumu ödəmək şərti ilə" sözləri, "orqanı tərəfindən" sözlərindən sonra isə "əlavə olaraq" sözləri əlavə edilsin;

13. 18-ci maddənin ikinci abzasında "əmtəənin" sözündən sonra "və ya xidmətin" sözləri əlavə edilsin;

14. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 20. Geniş tanınmış əmtəə nişanlarına hüquqi mühafizənin verilməsi

Əmtəə nişanının geniş tanınmasına dair ərizə bir əmtəə nişanına aid edilir və dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənədlə birlikdə müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurasına təqdim olunur.

Əmtəə nişanının geniş tanınmasına, ona hüquqi mühafizə verilməsinə dair qərar bu qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları"na uyğun olaraq qəbul edilir.

Əmtəə nişanının geniş tanınmasına dair qərar bir ay müddətində "Geniş tanınmış əmtəə nişanlarının Dövlət reyestri"ndə qeydiyyata alınır, geniş tanınmış əmtəə nişanına dair şəhadətnamə verilir və bu barədə məlumat təxirə salınmadan rəsmi bülletendə dərc edilir və digər informasiya vasitələrində yayımlanır.

Geniş tanınmış əmtəə nişanının hüquqi mühafizəsinə məhdudiyyət qoyulmur.

Apellyasiya şurasının qərarından onun alındığı gündən 3 ay müddətində məhkəmə qaydasında şikayət verilə bilər.";

15. 21-ci maddədə:

15.1. birinci hissənin birinci cümləsindən "və coğrafi göstəricinin" sözləri, ikinci hissədən "və coğrafi göstərici barədə şəhadətnamənin sahibinə" sözləri çıxarılsın;

15.2. birinci hissənin ikinci cümləsində "ödənilməklə" sözündən sonra "məhdudiyyət qoyulmadan" sözləri əlavə edilsin, "il" sözündən sonra "müddətinə" sözü əlavə edilsin;

15.3. aşağıdakı məzmunda dördüncü və beşinci hissələr əlavə edilsin:

"Coğrafi göstərici coğrafi obyektin şərtlərinə uyğun olan xüsusi keyfiyyəti və ya əsas xassələrini özündə saxlamaqla, əmtəənin istehsalı müddətində mühafizə olunur.

Coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamə, iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən 10 il qüvvədə olur. Şəhadətnamənin qüvvədə olma müddəti, onun qüvvədə olma müddətinin axırıncı ilində sahibinin ərizəsi əsasında dövlət rüsumu ödənilməklə daha 10 il müddətinə uzadıla bilər. Şəhadətnamənin qüvvədə olma müddətinin uzadılmasına məhdudiyyət qoyulmur.";

16. 25-ci maddədə:

16.1. ikinci və üçüncü hissələr aşağıdakı redaksiyada verilsin:

"Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.

Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur.";

16.2. dördüncü hissədə "oxşatmadan" sözündən sonra ", transliterasiyadan" sözü əlavə edilsin;

16.3. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin, dördüncü və beşinci hissələr müvafiq olaraq beşinci və altıncı hissələr hesab edilsin:

"Əmtəə nişanının sahibi "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir.";

17. 26-cı maddədə:

17.1. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Əmtəə nişanından istifadənin onun sahibi və ya bu qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır";

17.2. beşinci hissədə "yanaşı" sözündən sonra "olaraq" sözü əlavə edilsin;

17.3. aşağıdakı məzmunda yeddinci-doqquzuncu hissələr əlavə edilsin:

"Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır.

Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır.

Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.";

18. 27-ci maddədə:

18.1. mətndə "xəbərdarlıq" sözündən sonra "o" işarəsi əlavə edilsin;

18.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Hüququn tanınması ilə bağlı əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatı üçün əmtəədə hər hansı işarənin və ya göstəricinin yerləşdirilməsi tələb olunmur.";

19. 28-ci maddədə:

19.1. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

"Lisenziya müqaviləsinin qeydiyyatı barədə ərizə və sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Lisenziyanın qeydiyyatı üçün verilən sənədlərə baxılarkən, ərizədə və ya hər hansı materialda göstərilənlərin təsdiqi üçün əlavə sənəd tələb oluna bilər. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: lisenziyanın növü (müstəsna, qeyri-müstəsna və ya yeganə); lisenziyanın qüvvədə olma müddəti; lisenziyanın istifadə olunduğu ərazi. Lisenziya müqavilələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən "Müqavilələrin qeydiyyatı Qaydaları"na uyğun həyata keçirilir.";

19.2. beşinci-onuncu hissələr müvafiq olaraq altıncı-on birinci hissələr hesab edilsin və aşağıdakı məzmunda on ikinci və on üçüncü hissələr əlavə edilsin:

"Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqlar müqavilə əsasında başqa şəxsə girov kimi verilə bilər.

Girov müqaviləsi dövlət rüsumu ödəmək şərti ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır. "Girov müqaviləsinin qeydiyyatı Qaydaları" müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

20. 29-cu maddədə:

20.1. birinci hissədən "və coğrafi göstərici" sözləri çıxarılsın, "və "coğrafi göstərici" anlayışlarına" sözləri "anlayışına" sözü ilə əvəz edilsin;

20.2. ikinci və üçüncü hissələr çıxarılsın və aşağıdakı məzmunda ikinci-altıncı hissələr əlavə edilsin:

"Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilə bilər:

əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə;

əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə.

Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanın qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər.

Coğrafi göstəricinin qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilə bilər:

coğrafi məkanda təbiət amilləri dəyişdiyi halda;

coğrafi göstəricidən istifadə edildiyi əmtəə ona aid olan xüsusi keyfiyyətlərini itirdiyi halda.

Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanına hüquq bu qanunun 7-ci maddəsinin tələbləri pozulmaqla verilmişsə, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş tanınmış əmtəə nişanı qüvvəsini itirmişsə, qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsız hesab edilə bilər.

Bu maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanın və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Müraciətə 3 ay ərzində baxılmalıdır. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.";

21. 30-cu maddədə:

21.1. adından "və coğrafi göstəricidən" sözləri çıxarılsın;

21.2. birinci hissədən "və coğrafi göstəricinin" sözləri çıxarılsın, ", habelə maraqlı şəxsin onlardan" sözləri "və ya istənilən şəxsin ondan" sözləri ilə əvəz edilsin;

21.3. ikinci hissənin birinci cümləsində "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilsin;

21.4. üçüncü hissədə "Maraqlı" sözü "İstənilən" sözü ilə əvəz edilsin, "coğrafi göstəriciyə dair şəhadətnamə sahibinin" sözləri çıxarılsın;

21.5. dördüncü hissədə "və coğrafi göstəricidən" sözləri çıxarılsın, "dəlillər" sözündən sonra ", o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri" sözləri və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür.";

22. 31-ci maddədə:

22.1. birinci hissənin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

"hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda;";

22.2. birinci hissəyə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin, yeddinci abzas müvafiq olaraq səkkizinci abzas hesab edilsin:

"coğrafi göstərici qüvvədən düşdükdə; ";

22.3. ikinci hissə çıxarılsın;

22.4. aşağıdakı məzmunda ikinci-dördüncü hissələr əlavə edilsin, üçüncü hissə müvafiq olaraq beşinci hissə hesab edilsin:

"Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri qanunvericiliklə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.

İstənilən şəxs dövlət rüsumunu ödəmək şərti ilə bu maddənin 1-ci hissəsində göstərilən səbəblərə görə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin qeydiyyatına və coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin qüvvəsinə xitam verilməsi barədə Apellyasiya şurasına müraciət edə bilər. Apellyasiya şurasında baxılan etirazın müddəti onu vermiş şəxsin, habelə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin sahibi tərəfindən verilmiş ərizə əsasında, əlavə dövlət rüsumu ödənilməsi şərti ilə etirazın müəyyən edilmiş baxılma müddətinin bitdiyi gündən altı aydan çox olmayan müddətə uzadıla bilər.

Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.";

23. 32-ci maddədə:

23.1. beşinci hissənin birinci abzasında "Qeydə alınmış" sözləri "Mühafizə edilən" sözləri ilə əvəz edilsin;

23.2. beşinci hissəyə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin;

"Paris Konvensiyasının 10bis maddəsinə uyğun olaraq haqsız rəqabət sayılan hər bir istifadə hərəkəti";

23.3. aşağıdakı məzmunda altıncı-səkkizinci hissələr əlavə edilsin:

"Aşağıdakı hallar internet şəbəkəsində, xüsusilə domen adlarda və ya ünvanlamanın başqa üsullarında əmtəə nişanının və ya firma adının sahibinin hüquqlarının pozulması hesab edilir:

domen adları eyni mallar və ya xidmətlərə görə firma adları və əmtəə nişanları ilə eynilik təşkil etdikdə;

domen adları kommersiya məqsədləri üçün istifadə edildikdə.

Domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə (xüsusən domen adlarında və ya ünvanlamanın başqa üsullarında), geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında tələb edə bilər ki, qarşıdurma yaradan domen adının qeydiyyatını aparan orqan onun qeydiyyatına xitam versin və ya həmin adı geniş tanınmış əmtəə nişanının sahibinə qaytarsın.

Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu xal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir.";

24. 33-cü maddədə:

24.1. birinci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"vahid keyfiyyət göstəricilərinə və ya digər vahid xüsusiyyətlərə malik olmayan, əmtəələrdə istifadə olunan kollektiv nişanın hüquqi mühafizəsinin vaxtından əvvəl dayandırılması;";

24.2. birinci hissənin dördüncü abzası çıxarılsın.

25. 34-cü maddədə:

25.1. birinci hissədə "şəxs" sözündən sonra "hüquq sahibinin tələbi ilə" sözləri əlavə edilsin;

25.2. ikinci-beşinci hissələr aşağıdakı redaksiyada verilsin:

"Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər:

a) hüquq pozuntusunun obyekti olan malların;

b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.

Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər.

İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər.";

25.3. altıncı hissədə "Əmtəə nişanı sahibinin və ya lisenziyanın" sözləri "Hüquq sahibinin" sözləri ilə, "göndərənin adı" sözləri "ixracatçı, idxalatçı, daşıyıcı" sözləri ilə əvəz edilsin;

25.4. yeddinci hissə aşağıdakı redaksiyada verilsin:

"Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər.";

25.5. doqquzuncu hissə çıxarılsın;

25.6. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin, ikinci-səkkizinci hissələr müvafiq olaraq üçüncü-doqquzuncu hissələr hesab edilsin:

"Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir.";

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2009-cu il

 

Azərbaycan.- 2009.- 17 may.- S. 3.