"Azərbaycan Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

          Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2009-cu il

 

Azərbaycan.-2009.-20 may.-S.2.