Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvilini səmimiyyətlə qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mixeil Saakaşviliyə, Gürcüstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 1.