Hava limanında qarşılanma

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvili mayın 20-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Gürcüstan Prezidentinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Mixeil Saakaşvili və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 2.