Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvili mayın 20-də Fəxri xiyabana gəlmişdir.

Gürcüstan Prezidenti xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 2.