Şahmat turnirinə start verildi

 

"Azərbaycan" nəşriyyatının mükafatları uğrunda kütləvi informasiya vasitələrinin əməkdaşları arasında 28 may - Respublika Gününə həsr olunmuş ənənəvi şahmat turnirinə start verilmişdir. Artıq 12-ci dəfə keçirilən bu turnirin tarixi dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin bütün respublikada təntənə ilə qeyd olunması haqqında verdiyi tarixi sərəncamdan sonra "Azərbaycan" nəşriyyatının rəhbərliyi mətbuat işçiləri arasında şahmat turniri keçirməyi qərara aldı. Niyə məhz şahmat turniri? Suala aydınlıq gətirmək üçün bu yarışın təşəbbüsçülərindən biri, Təşkilat Komitəsinin məsul katibi, tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi, qabaqcıl maarif xadimi, "Savalan" qəzetinin baş redaktor müavini Akif Quliyevə müraciət etdik:

 

- Ulu öndər respublikaya rəhbərlik etdiyi ilk illərdən başlayaraq bu müdrik sehrli oyuna həmişə böyük qayğı göstərmişdir. Hələ ötən əsrin 70-ci 80-ci illərinin əvvəllərində Azərbaycanda bir şahmat bumu yaranmışdı. Dahi rəhbərin təşəbbüsü göstərişi ilə respublikanın, demək olar ki, bütün şəhər rayon mərkəzlərində şahmat məktəbləri yaradılırdı. Məhz bu qayğı diqqətin bəhrəsi idi ki, həmin illər Azərbaycanda bir çox gənc istedadlar yetişdi, onlar beynəlxalq turnirlərdə öz sözlərini deməyə başladılar. Elmira Əliyeva, İlahə Qədimova, Firuzə Vəlixanlı, xüsusilə dünya Avropa miqyaslı ən mötəbər yarışlarda parlaq qələbələr qazanmış, beynəlxalq qrossmeyster Aynur Sofiyeva kimi məşhur şahmatçılar yetişmişdir. Həm kişi, həm qadın şahmatçılarımızın uğurları barədə çox danışmaq olar.

Böyük öndərin təməlini qoyduğu ənənələr bu gün davam edir. Dövlət başçısı cənab İlham Əliyevin "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı bunun parlaq nümunəsidir. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında şahmat sahəsində mövcud potensialı əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq şahmata dövlət qayğısının artırılması, o cümlədən onun maddi-texniki təminatının möhkəmləndirilməsi, elmi-metodik normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. İstərdik ki, bizim turnir dövlətimizin şahmata göstərdiyi böyük qayğı diqqətə öz kiçik töhfəsini versin.

Sonra Akif müəllim yarışların reqlamenti barədə məlumat verdi. Məlum oldu ki, turnirdə bu dəfə 22 şahmatçı iştirak edir. Respublikanın kütləvi informasiya vasitələrini təmsil edən bu şahmatçılar hərəsində 11 oyunçu olmaqla iki yarımqrupda mübarizə aparacaqlar. Qruplarda birinci 5 yeri tutan 10 şahmatçı son, həlledici mərhələdə qələbə uğrunda yarışacaqlar. Dairəvi sistem üzrə davam edəcək görüşlərdə çempion mükafatçılar aşkar olunacaq. Qalibə, eləcə ikinci üçüncü yerə çıxmış şahmatçılara "Azərbaycan" nəşriyyatının baş mükafatları təqdim olunacaq. Bundan əlavə, ayrı-ayrı qəzet jurnallar, təşkilatlar müxtəlif nominasiyalarda fərqlənmiş oyunçular üçün mükafatlar təsis etmişlər. Yarışlara dəstək verən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) qaliblər fərqlənənlər üçün 5 xüsusi mükafat ayırmışdır. Turnirin bağlanış mərasimində həmin mükafatlar öz sahiblərinə çatdırılacaqdır.

Turnirin açılışında "Azərbaycan" nəşriyyatı baş direktorunun müavini Allahverdi Məmmədov, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, AİJA-nın prezidenti Eldar İsmayılov çıxış edərək yarışların başlanması münasibətilə iştirakçıları təbrik etdilər. Yeri gəlmişkən onu da qeyd edək ki, indiyədək keçirilmiş 11 turnirdə "Respublika" qəzetinin keçmiş əməkdaşı, hazırda AzərTAc-da çalışan Ramiz Quliyev hamıdan çox - dörd dəfə qalib adına layiq görülmüşdür.

Yarışların iki turu artıq arxada qalmışdır. Oyunlar maraqlı idman mübarizəsi şəraitində keçir. Birinci qrupda ilk iki turda qələbə qazanmış "Azərbaycan" qəzetinin nümayəndəsi Bəxtiyar Əzizli vahid liderdir. Mehdi Abbasov ("Bakinski raboçi"), Kamran Hacı ("İdman"), Xəlil Cabbarov ("Respublika"), Ağəli Məmmədov ("Azərbaycan"), Cəmaləddin Pənahov (Milli Olimpiya Komitəsi), Vaqif Sadıqov ("Bakı-Xəbər") başqaları ilk uğurlarını əldə etmişlər.

Yarışlara may ayının 27-də, Respublika günü ərəfəsində yekun vurulacaq.

 

 

Rizvan Hilaloğlu

 

Azərbaycan.-2009.-20 may.-S.8.