Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Bants Kraddokun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Bants Kraddokun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmış, regional əməkdaşlıq və beynəlxalq məsələlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 1.