Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının diplomu böyük qızıl medalı ilə təltif olunmuşdur

 

Azərbaycan Mühəndislik Akademiyasından (AMA) bildirmişlər ki, AMA-nın vitse-prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə beynəlxalq mükafata layiq görülmüş, diplom və böyük qızıl medalla təltif olunmuşdur.

Akademik Arif Paşayev bu mötəbər beynəlxalq mükafata aviakosmik texnika və texnologiya sahəsində mühəndislik elminin inkişafında görkəmli xidmətlərinə görə layiq görülmüşdür.

Eyni zamanda, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının fəxri diplomu ilə də təltif olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 3.