Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Bakıda keçirilən Dünya Türk Gəncləri Birliyinin (DTGB) VIII liderlər toplantısının iştirakçıları mayın 23-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar. Sonra onlar 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Şəhid türk əsgərlərinin xatirəsi ehtiramla yad olunmuş, onların adları yazılmış lövhələrin üzərinə gül dəstələri düzülmüş, abidənin önünə əklil qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 may.-S.3.