Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir

 

Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna gəlmişdir

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Mayın 25-də Prezident İlham Əliyev Göygölə səfərini başa çatdıraraq Şəmkir rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin Şəmkirin mərkəzi parkındakı abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev abidənin ətrafında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, burada əsaslı quruculuq abadlıq işləri aparılmışdır, şəhərin bu hissəsi sakinlərin mənalı istirahət ocaqlarından birinə çevrilmişdir. Mərkəzi parkda salınan geniş yaşıllıq zolaqları həm şəhərin simasına xüsusi yaraşıq verir, həm ulu öndərin xatirəsinin əbədiləşdirildiyi bu məkana xoş ovqat gətirir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.4.