Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan şəxslərə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

Azərbaycanda ekoloji mühitin və təbii sərvətlərin qorunmasındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilsin:

 

Bağırova Mehriban Faiq qızı

Nağıyev Vasif Nağı oğlu

Tağıyeva Umayra Rauf qızı

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 may.- S. 3.