Ümummilli lider Heydər Əliyevin portreti Sürixdəki "Dizayn" muzeyində "Baş-başa: siyasi portretlər" sərgisində nümayiş etdirilir

 

İsveçrənin Sürix şəhərindəki "Dizayn" muzeyində "Baş-başa: siyasi portretlər" sərgisi açılmışdır.

Sərginin birinci hissəsində Azərbaycanın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin portreti nümayiş etdirilir.

Muzeyin rəsmi internet səhifəsində bildirilir ki, Sürix Kütləvi Kommunikasiya Media Tədqiqatları İnstitutu ilə birgə təşkil olunmuş sərginin ekspozisiyasında dünyanın ən məşhur dövlət siyasət xadimlərinin portretləri nümayiş etdirilir.

Sərgi 2009-cu il fevralın 22-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2008.- 8 noyabr.-S.1.