Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Yenidən uğurla Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

Biz Sizə öz ehtiramımızı bildirmək, ali və məsul vəzifədə fəaliyyətinizdə yeni uğurlar diləmək imkanına ürəkdən şadıq.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və səadət, xoş günlər və firavanlıq diləyirik.

Hörmətlə,


           Zurab SERETELİ,
           Rusiya Rəssamlıq Akademiyasının prezidenti

 

Azərbaycan.-2008.-8 noyabr.-S.1.